Şri-Lankada partlayışlar (2019)
Şri-Lankada partlayışlar — 21 aprel 2019-cu il tarixində Şri-Lankanın paytaxtı Kolomboda, Neqombo və Battikaloa şəhərlərində baş vermiş terror hadisələridir.
Son partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən "Dehivela" zooparkı ilə üzbəüz "Tropikal İnn" hotelində baş verdiyi bildirilir. Bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən "Koççikade", "Katana" və "Battikaloa" kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu "Sanqri-La","Çinnamon Qrand" və "Kinqsböri" hotellərində partlayışlar baş verib..
Partlayışlar nəticəsində azı 290 nəfər həlak olub, 469-dan artıq insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Koreya Xalq Respublikası, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var. Ölkədə saat 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı tətbiq olunub, fövqəladə vəziyyət elan olunub. Silsilə partlayışlarda şübhəli bilinən 24 nəfər Şri-Lanka polisi tərəfindən saxlanılıb. Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib.
Hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya başsağlığı verib.